ABŞ-ın əfsanəvi gitaraçısı Carlos Santana Detroitdə açıq havada konserti zamanı səhnədə huşunu itirib.
74 yaşlı Santana ilk yardım qruplarının müdaxiləsindən sonra müşahidə altında saxlanılmaq üçün yaxınlıqdakı xəstəxanaya aparılıb. Meksika əsilli Carlos Santana daha sonra Facebook hesabında “yeməyi və su içməyi unutduğunu” və buna görə də huşunu itirdiyini bildirib.
Onun meneceri Maykl Vrionis də Santananın səhhətinin yaxşı olduğunu bildirib. Lakin bu gün Pensilvaniyada keçirilməsi nəzərdə tutulan konsert daha sonrakı tarixə təxirə salınıb.
Santana səhnədə olarkən çəkilən kadrlarda sənətçinin xərəklə səhnədən endirilərkən tamaşaçılara əl yellədiyi görülüb.
Carlos Santana-nın bütün musiqiləri Anti Radio-da vaxtaşırı səslənir.