Back

Tarixdə bu gün – Cennifer Lopezin doğum günü

Cennifer Lopez – amerikalı müğənni, bəstəkar, rəqqasə, aktrisa və modelyerdir. 1969-cu ilin iyulun 24-də Nyu-Yorkun Bronks şəhərində anadan olub, ailəsi Puerto-Riko əsillidir.

Lopez uşaqlıq illərində rəqs və mahnı dərsləri alıb. O, 7 yaşında  kiçik səhnələrdə çıxış etməyə başlayıb və kiçik yaşlarından məşhur olmaq istəyib.

Bir neçə televiziya rəqs şousunda və kiçik büdcəli filmlərdə iştirak etdikdən sonra, Cennifer Lopez 1995-ci ilə qədər bir çox uğurlu Hollivud filmlərində rol alıb. O, “On the 6” adlı debüt albomunun buraxılmasından sonra qlobal pop ikonu kimi tanınmağa başlayıb. Albom bütün dünyada səkkiz milyondan çox nüsxə satılıb. Onun ikinci studiya albomu J.Lo ilk həftəsində 272.300 nüsxədən çox sataraq ABŞ Billboard 200-də bir nömrədə debüt edib.

Cennifer Lopez karyerasında üç Amerika Musiqi Mükafatı, dörd Billboard Musiqi Mükafatı, iki Ginnesin Rekordlar Kitabı və iki MTV Video Musiqi Mükafatı da daxil olmaqla çoxsaylı mükafatlar və təltiflər qazanıb

Gunel Natiggizi
Gunel Natiggizi
http://antiradio.net