Azərbaycanda Jisoo‘nun və ya BLACKPINK’in nə qədər fanatı olduğunu bilmirik, lakin YG Entertainment Jisoo-nun öz pərəstişkarlarını bomba xəbərlə salamlayacağını bildirdi. A.S
BLACKPINK-dən olan Jisoo axır ki, gözlənilən debüt solo albomunu yayımlayacaq.
Keçən il Jisoo deyirdi ki, solo musiqinin kariyerasında necə göründüyünə dair hər hansı fikri yoxdur. “Başlasam nə qədər gedə bilərəm ki? Dinlədiyim musiqi, bacardığım musiqi yoxsa istədiyim musiqi? Hansını seçməliyəm?” kimi sualları verən Jisoo bu il suallarına cavab tapmış kimi görünür:
“Pliz, Jisoonun 2023-dəki solo albomunu gözləyin.”
JISOO SOLO IN 2023 AAAAAAAAAAHHHHHHHHHHHHHHHH pic.twitter.com/lyn4UdGAa8
— jj (@jjalt5) December 31, 2022
Jisoonun tvitindən sonra YG Entertainment də açıqlama etdi ki, Jisoo’nun başı keçən il çox qarışıq idi, dünya turlarına gedərkən bir tərəfdən öz komandası ilə yeni alboma hazırlaşırdı, artıq albomun üz qabığı hazırdı.
Jisoonun yeni albomu çıxan kimi Anti Radio‘nun pleylistinə əlavə ediləcək.
Aşağıda BLACKPINK’in Spotify hesabını buraxırıq: