Back

“Sevgi dünyası”nın sulardan duru səsli carçısı – Flora Kərimova

23 iyul – döyə bilmədiyimiz qapılara sevgi sorağını çatdıran sulardan duru səsin sahibi – Flora Kərimovanın doğum günüdür.

“Nəğmə Olmaq İstəyirəm” deyərək könlümüzün sirdaşına çevrilən nəğmələri ilə ruhumuzda “Məhəbbət çırağı”nı yandırır.  “Düşürsən Yadıma ”  “Nə gəlməz oldun” “İntizar”,  ifaları ilə “Uzaq yaşıl ada”dan  hicranın nə olduğunu öyrəndiyimiz kimi vüsalın şirinliyini də məhz ” Belə olaq həmişə” deyən şaqraq səsindən duyuruq. Bu şaqraq səs həm də  “Tıq-tıq xanımla,”  uşaqlıq xatirələrimizi canlandırır. “Bilinmir heç uzaq yaxın”la ruhumuza toxunur  “Mehriban insanlar” , “Fikir eləmə” ilə acılarımıza dərman olur .

O möhtəşəm səs bizə darıxmaqda hüznün deyil, həm də böyük sevginin səadət dolu izlərinin olduğunu da xatırladır. “Bir gün gedən qatarlar dönəcək geri”  ümidi ilə “darıxmışam, sənin üçün” deyə böyük sevgisini səsləyir. Ən çətin “Xüsusi vəziyyətlər”də belə “darıxma, döz” deyir.

Flora Kərimova ömrə vaxtsız-vədəsiz gələn sevginin-“Gecikmiş Məhəbbət “in,  vəfasızlara xitab edib  “Sənə Güvəndiyim Dağlar “a   “Qaytar eşqimi”deyən sevgi fəryadının, “Səndən Xəbərsiz”  ” mən sevərəm ikimizin yerinə ” deyən nakam qarşılıqsız sevgilərin də sədası olur. Bir sözlə, onun ifa etdiyi bütün nəğmələri  “Deyir, ayrılma məndən “…

Bu doğma səs bizə “Onun bəlalı sevgisi” dən ” Gün keçdi” desə də, “Sevgi qanadlarında”  bir gün saf eşqimizi  “Sevdiciyim” deyə  səsləmək üçün bir inamı yaşadır qəlbimizdə.

Necə deyərlər,  ” Sevgisiz bir ömürdənsə, sevgidən ölmək gözəl”…

Gunel Natiggizi
Gunel Natiggizi
http://antiradio.net