Geri

Bir PR agentliyi hekayəsi: Iina & Ace Eshed

Eshed Music & Art – Finlandiyanın Lapland bölgəsinin paytaxtı Rovaniemidə yerləşən musiqi PR şirkətidir. 2020-ci ildə qurulan şirkətin qurucuları Iina və Ace illərdir musiqi sahəsində sənətçi kimi çalışıblar.

Ace’in 6 musiqi albomu işıq üzü görüb və bir çox ölkədə konsertlərdə iştirak edib. Iina isə uşaqlıqdan incəsənətlə məşğul olub.

Lapland Universitetinin incəsənət təhsili sahəsində məzun olan Iina hazırda həyat yoldaşı Ace ilə “Eshed Music & Art” şirkətində işləyir. Eyni zamanda, Iina incəsənət və dizayn üzrə fəlsəfə doktoru dərəcəsini davam etdirir.

Eshed Music & Art-ı qurmalarının səbəblərindən biri musiqi sənayesində çalışan həmkarlarına dəstək olmaq istəmələridir. Onlar həm də sənətkarların yeni musiqini ərsəyə gətirərkən hansı çətinliklərlə üzləşdiyini bildiklərindən musiqi sahəsində olan hər kəsi rahatlıqla başa düşür.

Onlar musiqilərinin ən geniş auditoriyaya çatmasını təmin etmək istəyirlər. Beləliklə, öz sənətçilərini təmsil edərkən çox şeyin bir parçası olmaq hissini yaşayırlar.

Yarandığı gündən etibarən Eshed Music & Art bir çox sənətçilərlə işləmiş və çox yaxşı təcrübələr qazanmışdır.

Qeyd edək ki. Eshed Music & Art yaratmış olduğumuz Anti Radio platforması ilə daimi əlaqədədir və ən yeni musiqiləri bizimlə paylaşır.

Anti Radio olaraq Eshed Music & Art PR agentliyinə dərin təşəkkür edirik və işlərində uğurlar arzu edirik.